!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstan Türkiyənin "damarına basmağa" davam edir: İndi də...

!Reklam – Yazi

ABŞ administrasiyası Türkiyənin F-16 döyüş təyyarələri və modernizasiya dəstləri almaq istəyini müsbət qarşıladıqdan sonra rəsmi Afina eyni şirkət tərəfindən istehsal olunan F-35 təyyarələrinin alınması ilə bağlı rəsmi müraciət məktubunu imzalayıb.

Yenicag.az xəbər verir ki, Afina rəhbərliyinin 20 ədəd F-35 döyüş təyyarəsinin tədarükü üçün ABŞ-yə rəsmi müraciət edəcəyi bildirilib.

Eyni zamanda, Yunanıstan Müdafiə Nazirliyi rəsmilərinin prosesi sürətləndirmək üçün iyulun 28-də ABŞ-yə səfəri gözlənilir.

Yunanıstanın F-35 almaq niyyəti keçən il də gündəmə gəlmişdi və ABŞ-dən 20 döyüş təyyarəsi alacağı iddia edilmişdi. Ancaq bu günə qədər proses baş tutmayıb. Türkiyənin F-35 proqramından çıxarılması səbəbindən o zaman sözügedən təyyarələrdən 6-nın təhvil verilə biləcəyi gözlənilirdi.

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv