Yunanıstan və Xorvatiyanın baş nazirləri Azərbaycana gəldilər

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç və Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəliblər.

Yenicag.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər qarşılayıblar.

COP29