!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yunanıstanın Türkiyə ilə gərginliyi artırmaq cəhdi həm də orada keçiriləcək seçkilərlə bağlıdır” – ŞƏRH

!Reklam – Yazi

“Burada Türkiyənin gündəmini məşğul etmək, Ankaranın diqqətini ciddi məsələlərdən yayındırmaq niyyəti açıq hiss olunur”.

Bu fikirləri ABŞ-dən dəstək alan Yunanıstanın Türkiyə ilə sərhədə hərbi texnika və qüvvə cəmləşdirməsinin mümkün nəticələrini şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Yunanıstanın gərginliyi artırmağa yönəlik fəaliyyətinə baxmayaraq, NATO üzvü olan bu iki ölkə arasında müharibənin başlaması ehtimalı azdır:

“İlk öncə bunu qeyd etmək lazımdır ki, Yunanıstanın sərhədə ordu və hərbi texnikalar toplaması Türkiyəyə qarşı aparılan ümumi kampaniyanın tərkib hissəsi kimi də dəyərləndirilə bilər.

Burada Türkiyənin gündəmini məşğul etmək, Ankaranın diqqətini ciddi məsələlərdən yayındırmaq niyyəti açıq hiss olunur. Əslində, ABŞ və Fransanın dəstəyi Yunanıstanı müəyyən qədər həvəsləndirsə də, onun hərbi və iqtisadi gücünün səviyyəsi hamıya məlumdur.

O baxımdan hesab edirəm ki, Yunanıstanın sözdə yaratmağa çalışdığı gərginlik hələ bir müddət davam etsə də, səngiyəcək. Onu da nəzərə almaq lazımdır ki, Yunanıstan hökumətinin yaratmaq istədiyi bu fəallıq görüntüsü orada keçiriləcək seçkilərlə əlaqədardır, seçicilərin dəstəyini qazanmaq istəyir.

Ümumiyyətlə, Yunanıstan da, Türkiyə də NATO üzvləridir və onların arasında müharibənin başlaması blokun dağılmasıdır demək olar. İndiki həssas şəraitdə NATO-ya problem yaranması üzvlərin marağında deyil. Ona görə də bu gərginlik müəyyən müddətdən sonra azalmağa doğru gedəcək”.

A.Zeynalov

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv