"Yunayted" - "Çelsi" matçı - Ronaldo komandasını xilas etdi

media-hightechnic-468x90

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII turdan təxirə salınmış oyun keçirilib.

Yenicag.az xəbər verir ki, “Çelsi” səfərdə “Mançester Yunayted”lə qarşılaşıb. Görüş heç-heçə ilə yekunlaşıb – 1:1.

Hesabı 60-cı dəqiqədə qonaqlardan Markos Alonso açıb. Cəmi 2 dəqiqə sonra Kriştianu Ronaldu tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarını 66-ya çatdıran “zadəganlar” 3-cü pillədəki mövqeyini qoruyub. 55 xalı olan “qırmızı şeytanlar” isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 80 xalla “Mançester Siti” başçılıq edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa