Yuta ştatı da Xocalı qətliamını tanıyıb

media-hightechnic-468x90

23fef26a413f56f5d23e8ea13eaa45beABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb.

ABŞ-ın Yuta ştatının qubernatoru Qeri R. Herbert Xocalı qətliamının ildönümü ilə bağlı martın 2-də məktub imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator Xocalı qətliamının 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla, 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir.

Həmçinin, məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.

Qubernator Q.R.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edərək, iki ölkə arasında iqtisadi, mədəni və təhsil mübadilələri sahəsindəki əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayır.

Qeyd edək ki, bu, Yuta qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600