Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zabit Səmədovun Kadırov SEVGİSİ:Zəfərimizə susan çeçen lider şəhid övladları ilə görüşə necə "sızdı"?

YAŞAT fondu ilə ASAN könüllülərinin şəhid övladları üçün təşkil etdiyi YAŞAT düşərgəsində uşaqlarla məhşur idmançılar görüşüblər.

Yenicag.az xəbər verir ki, uşaqlarla görüşdə məşhur kikboksçu Zabit Səmədov və Türkiyənin tanınmış aktiyoru Burak Çevik iştirak ediblər.

Maraqlıdır ki, şəhid övladları ilə görüşdə kikboksçu Zabit Səmədovun geyindiyi “t-shirt”in sinəsində Çeçenistan prezidenti Ramzan Kadırovun şəkli olub. Bu məqam Səmədovun izləyicilərinin diqqətindən yayınmayıb və sərt tənqid olunub.

İzləyicilərinin sözlərinə görə, Azərbaycanda Vətən müharibəsində şəhid olmuş şəxslərin övladlarının görüşünə Zabit Səmədovun Ramzan Kadırovun şəkli ilə çıxması heç bir məntiqə sığmır. O da vurğulanıb ki, dost olmaları o anlama gəlmir ki, sinəsində Ramzan Kadırovun şəkli ilə şəhid övladlarının qarşısına çıxmalıdır: “Vətən müharibəsində bir neçə tanınmış idmançımız da şəhid olub. Zabit Səmədov idmançı şəhidlərimizə hörmət əlaməti olaraq onlardan birinin də şəklini sinəsində gəzdirə bilərdi”.

Qeyd edək ki, Çeçenistan prezidenti Ramzan Kadırov Vətən müharibəsində Azərbaycana sözlü belə dəstək olmayıb. Yalnız ötən ilin sentiyabr ayının 27-də xalqların müharibədən əziyyət çəkdiyini, Rusiyanın vasitəçilik etməli olduğunu və müharibənin dərhal dayandırılmasını tələb etmişdi. 27 sentyabrda müharibənin başlamadan dayandırılmasının hansı xalqın işinə yaradığını bilmək üçün isə münəccim olmaq lazım deyil. İzləyicilərindən biri yazır ki, “Zabit Səmədov guya bunları bilmir? Başqa yerdə Kadırovun şəklini istədiyi kimi gəzdirə bilər, ancaq şəhid övladları qarşısında bunu etmək kimi haqqı yoxdur”.

Qeyd edək ki, Zabit Səmədovla Ramzan Kadırovun dost olduğu, hətta Çeçenistan prezidentinin maliyə yardımı etdiyi heç kimə sirr deyil. Böyük ehtimal Zabit Səmədovun Türkiyənin məhşur serialı “Kuruluş Osman”da rol oynamasına da, Ramzan Kadırov vasitəçi olub. Belə ki, Çeçenistan prezidenti “Diriliş Ərtoğrul” serialının fanatı olduğunu açıq şəkildə bildirmişdi. Hətta çəkiliş meydançasına da gedərək, aktiyorlarla görüşmüşdü. Hətta prezidentin oğlu “Diriliş Ərtoğrul” serialında rol almışdı.

www.yenicag.az

2550
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100