Zabratda avtomobil təmiri sexindəki yanğın söndürüldü

media-hightechnic-468x90

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20kv.m. olan birotaqlı evin və sahəsi 6 kv.m. olan yardımçı tikilinin tavanı ümumilikdə 12kv.m. sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.

Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600