Zakir Həsənov başsağlığı verdi

media-hightechnic-468x90

80196Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya və Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimova Rusiyanın Omsk şəhərindəki hərbi hissədə insan itkisi ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.

Məktubda bildirilir: “Rusiya Federasiyası Hava Desant Qoşunlarının təlim mərkəzindəki kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımızdan və Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600