Zakir Həsənov Prezidentə hesabat verdi: 7 kənd azad edilib

media-hightechnic-468x90
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə cəbhədə baş verən döyüş əməliyyatları ilə bağlı raport verib.

Yenicag.az xəbər verir ki, Zakir Həsənov düşmənin müqavimətinin qırıldığını, 7 kəndin azad edildiyini, hazırda uğurlu əməliyyatların davam etdiyini və düşmənin dərinliklərinə ağır zərbələr endirildiyini bildirib.

“Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir”.

Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa