Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zaur Hüseynovun addımı Metropoliteni cərimələndirəcək?

загруженное (5)Zaur Hüseynovun addımı Metropoliteni cərimələndirəcək? – Ekspert rəyi

Samir Əliyev: “Burada məqsədi rəhbərliyin özünə yaxın insanların biznesinin inkişafına dəstək kimi qiymətləndirmək olar”

Zaur Hüseynovun rəis gəlməsindən sonra Bakı Metropolitenində islahatlar adı ilə müəyyən addımlar atılır. Yenicag.az Analitik.az-a istinadən xəbər verir ki, onun apardığı bu islahatlar uzun illərdən bəri oturuşmuş sistemi dəyişdirməyə hesablanıb. QSC-nin varisi olduğu «Azərtunelmetrotikinti» SC və digər struktur vahidləri də köklü islahatlara məruz qalıb. Nazirlər Kabineti tərəfindən “Bakı Metropoliten”i QSC-nin qeydiyyat sənədləri və yerli strukturunun təsdiqi məsələsi də yeni rəisə “Azərtunelmetrotikinti” SC-yə daxil olan bütün 11 təşkilatı ləğv etməyə əsas verir. Qeyd edək ki, «Azərtunelmetrotikinti» SC ilə yanaşı, bu 11 müəssisənin hər biri ayrı-ayrılıqda müstəqil fəaliyyət göstərib.

«Azərtunelmetrotikinti» SC-yə daxil olan aşağıdakı təşkilatların ləğvi (həm də yenidən təşkili) gündəmdədir:
1. 1 nömrəli tunel tikinti idarəsi,
2. 2 nömrəli tunel tikinti idarəsi,
3. 3 nömrəli tunel tikinti idarəsi,
4. Xüsusi tamamlama işləri idarəsi,
5. Xüsusi hidrotexniki işlər idarəsi,
6. Dəmir-beton konstruksiyalar zavodu,
7. Mexanikləşdirmə idarəsi,
8. Avtonəqliyyat müəssisəsi,
9. «Bakımetrolayihə» institutu,
10. Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi,
11. İstehsalat texniki komplektləşdirmə idarəsi.

Ləğvetmə ilə yanaşı bu təşkilatların köklü yoxlanmasına-auditinə başlanılıb. 2014-cü ilədək təşkilatların hər biri respublikanın müxtəlif müəssisələri ilə dəyəri milyonlarla ölçülən müqavilələr bağlayıb. Yeni rəhbərlik isə bütün müqavilələrin icrasını dayandırmaqla yanaşı, artıq icra olunmuş müqavilələrin də ləğv edilməsində israrlıdır. Burada maraqlı məqamlardan biri odur ki, bu 11 təşkilatın bağladıqları müqavilələr üzrə onlarla digər müəssisələrdən əvvəllər köçürülmüş müqavilə məbləğləri geri tələb edilir. Bu məsələdə isə «Bakı Metropoliteni» QSC-nin rəhbəri müqavilə tərəfləri olan təşkilatların müqaviməti ilə üzləşib. İllərlə Metropolitenlə və «Azərmetrotuneltikinti» SC ilə «qarşılıqlı anlaşma» şəraitində işləmiş müəssisələrin narazılığı əsasən, müqavilələr üzrə köçürülmüş pulların geri qaytarılması tələbilə bağlıdır. Söhbət milyonlardan gedir. Ayrı-ayrı təşkilatların tərəfdaşları isə müqavilələrin ləğvi tələbi ilə razılaşmır. Məsələ məhkəmə çəkişmələrinədək gedib çıxır.
Məsələ ilə bağlı Yenicag.az saytı olaraq ekspertlərə müraciət etdik.

Saytımıza açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimia Birliyinin eksperti Samir Əliyev bildirdi ki, adətən ölkəmizdə yeni rəhbərliyin gəlməsindən sonra köhnə rəhbərliyin bağladığı müqavilələr ya dayandırılır, ya da bu və ya digər formada dondurulur: “

Azərbaycanda yazılmamış qaydadır ki, yeni rəhbərlik gələn kimi mütləq özünə yaxın olan şirkətlərin rəhbəri olduğu qurumla əməkdaşlığına şərait yaradır. Bu baxımdan, metropolitenin ləğv etmək istədiyi 11 müəssisə əsasən tikinti şirkətləri olduğundan, görünür bu işlə bilavasitə özləri məşğul olmağı düşünür. Çox güman özləri bir tikinti şirkəti yaradıb, dövlətdən alınan vəsait hesabına tikinti işlərini aparacaqlar. Bu daha çox maliyyənin mərkəzləşdirilməsi və kənar qurumlar tərəfindən xərclənməsinin qarşısını almağa hesablanmış addım kimi dəyərləndirilə bilər. Burada məqsədi rəhbərliyin özünə yaxın insanların biznesinin inkişafına dəstək kimi qiymətləndirmək olar. Azərbaycan qanunvericiliyinə görə, istənilən müqavilə bağlananda tərəflər arasında öhdəliklər götürülür. Belədə müqavilə digər tərəfin razılığı olmadan heç bir halda pozula bilməz. Yalnız o halda pozula bilər ki, tərəflərdən hansısa biri öhdəliyi yerinə yetirmir. Metropoliten 11 təşkilatla eyni anda müqaviləni dayandırırsa, ola bilsin onlar öhdəlikləri yerinə yetirə bilməyib. Qarşı tərəf isə bunu məhkəmə yolu ilə sübut edə və müqavilənin pozulmasının qarşısını ala bilər. Müqavilənin pozulduğu təsdiqlənərsə, Meropoliten cərimələnməlidir”.

Məsələ ilə bağlı Metropolitenin mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Gün ərzində bir neçə dəfə qurumla əlaqə saxlasaq da, oradan telefona cavab verən tapılmadı.
Rüfət

Loading...

www.yenicag.az

500