Zaxarova Avropanı “dəlilikdə” günahlandırdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbi Avropanın xarici siyasətindəki “dəlicəsinə” meyillərin vaxtaşırı üzə çıxdığını və onları tamamilə aradan qaldırmağın mümkün olmadığını deyib.
Yenicag.az xəbər verir ki, Zaxarova bu barədə “Vesti”yə verdiyi müsahibədə danışıb.
“Bu dəlicəsinə davranış onlarda vaxtaşırı üzə çıxır. Görünür, Qərbi Avropanı tamamilə sağaltmaq mümkün deyil”, – o vurğulayıb.
Avropadan Rusiyaya zərbə endirmək çağırışlarını şərh edən Zaxarova qeyd edib ki, bu cür hədələrə ciddi yanaşmaq lazımdır:
“Qərbi Avropada bu dağıdıcı qüvvələrin tarixini və onların təzahürlərini bilə-bilə, bu hədələri ciddi qəbul etmək lazımdır, nə qədər dəlicəsinə səslənsə də. Biz də öz xarici və daxili siyasətimizi buna uyğun qururuq”.













