!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəbt olunan “parkinq” SAHƏLƏRİ: “Ərazini daşlarla, zəncirlərlə, yaxud plakatlarla çevrələyənlər...” - FOTO

!Reklam – Yazi

“Belə halların qarşısının alınması üçün İcra Hakimiyyəti nümayəndələri daim məsul olduqları ərazilərdə nəzarət işləri aparmalıdır”.

Bunu ərazilərin qanunsuz zəbt olunaraq park hissəsinə çevirən şəxsləri gözləyən cəzalar haqda fikirlərini səsləndirən Bakı şəhər DYPİ-nin əməkdaşı, polis mayoru Araz Əsgərli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, belə addım atmaq tamamilə qanuna zidd hərəkətdir:

“Bu haqda mediada dəfələrlə xəbərlər paylaşılıb. Dəfələrlə cərimələr tətbiq olunub. Ancaq hələ də bəziləri ya qanunlardan xəbərsizdir, ya da qanunazidd hərəkəti bilə-bilə edir.

Mülkiyyət hüququ olmadan qanunsuz olaraq hansısa ərazini daşlarla, zəncirlərlə, yaxud plakatlarla çevrələyib sakinlərə narahatlıq yaratmaq qanunla həmin şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər. Belə hallara Dövlət Yol Polisi nəzarət edə bilmir, adından da göründüyü kimi yol polisi yollarda olmalıdır, məhlə aralarında yox.

Belə halların qarşısının alınması üçün İcra Hakimiyyəti nümayəndələri daim məsul olduqları ərazilərdə nəzarət işləri aparmalıdır. Əgər hər hansı şəxs tərəfindən hansısa ərazi qanunsuz olaraq çəpərlənib, zəncirlənib, yaxud daşlar düzülübsə, bir sözlə, hansısa yer qanunsuz olaraq zəbt olunubsa, maneə yaradan materiallar sökülməli, həmin şəxs isə cərimə olunmalıdır”.

Xatırladaq ki, müvafiq qanunvericiliyin “354.0.4. Yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması”, “188.1. mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma” maddəsi ilə həmin şəxs səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv