Zelenski Azərbaycandan qaz almaq istəyir

media-hightechnic-468x90

Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür.

media-banner_tuq

Yenicag.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.

“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə, polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Fransa ilə birgə Ukraynanın döyüş aviasiyasını, hava hücumundan müdafiəsini və digər müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi saziş hazırlanıb.

Ukrayna Prezidenti bazar ertəsi İspaniyaya gözlənilən səfərin məhsuldar olacağını da bildirib.

“Səfər cədvəlinə görə, bu, bazar ertəsi olacaq. Səfər mənalı keçəcək, həqiqətən də Ukraynaya özünü müdafiə etməyə və məqsədrinə çatmağa kömək edəcək bir dəstək olacaq”, – deyə Zelenski vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05