Zelenski də Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASINI çağırdı

media-hightechnic-468x90

“Rusiya Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım”.

Yenicag.az xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında məlumat verib. Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600