Zelenski payızda münaqişəyə son qoymağı təklif edib

media-hightechnic-468x90

Ukrayna prezidenti Volodimir Zelenski payızda Rusiya ilə münaqişəyə son qoymağa çağırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ramşteyn formatında təmas qrupu ilə görüşü zamanı deyib.

Siyasətçi qeyd edib ki, Rusiya və Ukrayna arasındakı münaqişənin payızda başa çatması “etibarlı beynəlxalq təhlükəsizlik nizamının” bərpasına kömək edəcək. Zelenski Qərb tərəfdaşlarını münaqişənin sona çatmasına birgə kömək etməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 6-da Volodimir Zelenski Amerikanın Ramşteyn aviabazasında qərbli həmkarları ilə görüşdə iştirak etmək üçün Almaniyaya gedib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600