!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski Rusiya Prezidentinin nüvə təhdidinə münasibət bildirdi

!Reklam – Yazi

“Qərb Putinin hədələrinə boyun əyməməlidir. Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmıram”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.

“Putin Ukraynanı öz əsgərlərinin qanında boğmaq istəyir”, – o bildirib.

Ukrayna lideri həmçinin torpaqları azad edəcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

V.Putin həmçinin vurğulayıb ki, Rusiyanı nüvə silahı ilə təhdid edənlər “külək gülü”ndən çəkinməlidir./Report/

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv