Zelenski: "Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır"
Rusiya Ukraynaya qarşı yeni zərbələr dalğası hazırlayır. Bu dəfə Moskvanın hədəfi Ukraynanın enerji sektorunu deyil.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Rusiya yeni bir dalğa hazırlayır, infrastrukturu, logistikanı və su təchizatını hədəf alacaq. Onlar istəyirlər ki, bizdə xüsusilə su ilə bağlı problemlər yaransın”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Bununla bağlı Zelenski Kiyevin daha çox hava hücumundan müdafiə raketlərinə sahib olmasının vacibliyini vurğulayıb./Azərtac/













