Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində təmizləmələr aparılması göstərişini verdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətində kadr təmizləmələrinin aparılması barədə göstəriş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb.

“Ukrayna Təhlükəsizlik Xidmətinin məruzələri olub – mən Yevgeni Xmaraya (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri – red.) və Aleksandr Poklada (onun müavini – red.) xidmətin Ukraynanın maraqlarına uyğun fəaliyyət göstərməyənlərdən təmizlənməsi üzərində işləməyi tapşırdım”, – Ukrayna lideri yazıb.

Zelenski həmçinin təfərrüatları açıqlamadan Ukrayna Təhlükəsizlik Xidmətində bir neçə saxlanılma barədə məlumat verib: “Artıq nəticələr var. Bu gün müvafiq saxlanılmalar olub və ədalətli hökmlərin çıxarılması çox vacibdir. Dövlət vəzifələrində olan hər kəs Ukrayna üçün və Ukrayna naminə işləməlidir. Başqa cür olmayacaq”./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05