Zelenskidən GECİKMİŞ ETİRAF – Ukraynadakı müharibənin düyünü ÇÖZÜLÜR?

media-hightechnic-468x90

“Həqiqətən də reallıq ondan ibarətdir ki, Ukraynanın hazırkı şərtlərdə 1991-ci ilin sərhədlərinə, yəni bu gün işğal olunmuş ərazilərinə qayıtması inandırıcı görünmür”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin “1991-ci ildəki sərhədlərimizə qayıda bilməyəcəyik” bəyanatını şərh edib.

Politoloq bildirib ki, onun belə bəyanat verməsi, mövcud vəziyyəti qiymətləndirməsi və eyni zamanda ABŞ-nin realist sülh yanaşmasına tədricən yaxınlaşdığını göstərir:

“Həqiqətən də reallıq ondan ibarətdir ki, Ukraynanın hazırkı şərtlərdə 1991-ci ilin sərhədlərinə, yəni bu gün işğal olunmuş ərazilərinə qayıtması inandırıcı görünmür. Çünki Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Rusiya müharibəni davam etdirəcək. Belə bir Rusiya ilə danışıqlara getmək lazım gələcək lakin bu danışıqlardan ciddi nəticə gözləmək çətindir”.

Onun sözlərinə görə, müharibənin davam etməsi Ukraynanın daha çox ərazi itirməsinə və daha çox vətəndaşını qurban verməsinə gətirib çıxaracaq:

“Prinsipcə, dövlətin əsas mahiyyəti vətəndaşı qorumaqdır. Əgər insanlar kütləvi şəkildə ölürsə, uzunmüddətli dövrdə dövlətin demoqrafik strukturu zəifləyirsə, belə bir müharibə və yaxud ərazi bütövlüyü nə dərəcədə gərəkli olur? Əsas problem də buradadır. Digər mühüm məsələ ABŞ Prezidenti Donald Tramp amilidir. O, sülh tərəfdarıdır və sülhün real şərtlər daxilində əldə olunmasını istəyir. Burada iki yanaşma mümkündür: ya faktiki olaraq atəşkəs razılaşması olacaq, ya da müddətli sülh prosesi”.

“Bu bəyanatın verilməsinin səbəbi sadəcə ABŞ və Qərbin təzyiqləri deyil. Vaşinqton görüşündə Qərb liderləri Trampla üz-üzə qaldılar və o, müharibənin davam etməyəcəyini bildirdi. Bundan başqa, Tramp Avropadakı orduların sayının artırılmasına qarşı çıxır, əvvəlcədən də Avropa İttifaqı ölkələrinin hərbi xərclərinin artırılmasını dəstəkləyirdi. Belə bir dövrdə, bu vəziyyətin zəruriliyinin haradan qaynaqlandığını görmək mümkündür”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa