Ukrayna Prezidenti Vladimir Zelenski Fransaya səfəri çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinin nümayəndələri ilə görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” məlumat yayıb.
Nəşr qeyd edib ki, Zelenskinin Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə birlikdə Avropanın əsas silah istehsalçılarından biri olan KNDS hərbi sənaye şirkətinin bir sıra rəsmiləri ilə görüşü gözlənilir.
Qeyd eədk ki, Zelenskinin Parisə səfəri cümə gününə – iyunun 7-nə planlaşdırılıb.
Yelisey sarayının daha əvvəl yaydığı açıqlamaya görə, Fransa Prezidenti Emmanuel Makron Ukrayna liderini öz iqamətgahında qəbul edəcək, onlar Kiyevin ehtiyaclarını müzakirə edəcəklər. Zelenski Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası – red.) da çıxış edəcək.
www.yenicag.az