Zəlimxan Məmmədlidən “Rəsulzadə” üsyanı…

media-hightechnic-468x90

скачанные файлыZəlimxan Məmmədli: “Cəmiyyətin məhz Rəsullzadənin qoyduğu yolla inkişafını özündə əks etdirən bir qanun layihəsinin qəbuluna ehtiyac vardır”

“Təəssüf ki, AXC-nin yaranması gününü layiqincə qeyd edə bilmədik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli söylədi: “28 may 1918-ci il tarixi tək Azərbaycanın deyil, bütün Şərqin tarixində əlamətdar bir tarixdir. Azərbaycan türkünün tanınması, xalqımızın təqdim olunması baxımından həmin gün cox ciddi bir vasitədir. Təəssüf ki, həmin gün də ölkə televiziyalarının ekranlarında nümayiş etdirilən bayraq Məhəmməd Əmin Rəsulzadə ilə bir yerdə dalğalanmadı. Bu isə artıq hər şeyin bəlli olduğunu göstərir. Dövlət telekanalları və özəl kanalların əksəriyyətində bu möhtəşəm tarixin saxtalaşdırıldığını müşahidə edirik. Heydər Əliyevin şəxsiyyətilə işimiz yoxdur. Amma onun da ruhu bilir ki, bu yanlışlığı edirlər. Bu bayram günü televiziya ekranlarında nümayiş etdirilən bayraqda Məhəmməd Əmin Rəsulzadənin portreti asılmalı idi. İnsanlara həmin qəhrəmanlıq tariximizin qəhrəmanlarını tanıtmalı idik. Lakin bunlar da olmadı. Bayramla bağlı Rəsulzadənin Novxanıdakı abidəsinə əklil qoymaq, Əbülfəz Elçibəyi və Şəhidlər Xiyabanını ziyarətdən o yana bu istiqamətdə ciddi iş görmədim. Bayram günü bizim ruhani bir dünyamız olmalı idi, parlamentdə bayramla bağlı ayrıca bir iclasın keçirilməsi, xüsusi qərarların qəbulu, bəyanatların verilməsinə, cəmiyyətin məhz Rəsullzadənin qoyduğu yolla inkişafını özündə əks etdirən bir qanun layihəsinin qəbuluna ehtiyac vardı. Lakin bunlar da olmadı. Prezidentin islahatlar təşəbbüsü var. Ciddi siyasi, iqtisadi islahatlar aparılsa, Zəlimxan Məmmədli şəxsən prezidenti dəstəkləyəcək. Amma ətrafdakı zümrənin çoxunun nə Azərbaycana, nə Məhəmməd Əmin Rəsulzadəyə qətiyyən aydiyyatı yoxdur. Bəlkə də bəlli bir təbəqə o ideoloji düşüncəyə düşməndir. Tariximizi saxtalaşdırmaqla düşmənlərin üzərimizə ayaq açmasına şərait yaradırıq. Heydər Əliyevin anım, doğum günü qeyd olunmalıdır. Onun da Azərbaycan xalqı qarşısında xidmətləri var. Elçibəyi də özü kimi təhlil etmək lazımdır. Məhəmməd Əmin Rəsulzadə isə hamımızın fikir dühamızdır, liderimizdir və çağdaş dünyada başımızı uca tutan nəhəng bir tarixdir. Hamımız da ona səcdədəyik”.
ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600