!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ çantası necə hazırlanır? – Bunları bilərək həyatınızı qurtara bilərsiniz…

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşlara zəlzələ çantaları ilə bağlı xəbərdarlıq edilib. Bildirlib ki, hər evdə belə çantalar olmalıdır. Xüsusən də düzgün seçilən qidalar zəlzələ zamanı insanların həyatını xilas edə bilər.

Yenicag.az “HaberTürk”ə istinadən bildirir ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi zəlzələ çantalarında uzun müddət enerji verən, xarab olmayan, iy verməyən qidaların olmasını tövsiyə edib.
Bəs, hansı qidalar seçilməlidir?

Bildirilib ki, çantaya qurudulmuş meyvələrin qoyulması məqsədəuyğundur. Enerji verdiyi və çürümə müddəti uzun olduğu üçün bu, ən uyğun seçimdir. Çantalara asanlıqla sığışan və uzun müddət xarab olmayan digər qida peçenyelərdir.

Peçenye və kraker aclığı yatırır. Konservləşdirilmiş qidalar da uzun müddət xarab olmadığı üçün zəlzələ çantaları üçün kifayət qədər uyğundur. Həmçinin, lif, omeqa və zülal baxımından zəngin olan qidalara üstünlük verilməlidir.

Zəlzələ çantası üçün ən vacibi isə qida isə sudur. Çantanıza plastik butulkalarda bol miqdarda su qoymağı unutmayın. Enerji vermək xüsusiyyəti ilə seçilən meyvə şirəsi də əhəmiyyətlidir. Onu saxlamaq üçün əzilməyən metal qutular seçə bilərsiniz.

Zəlzələ çantasını hazırladıqdan sonra nələrə diqqət etməlisiniz?
Ailənizdə doğuş qüsurlu içik uşaq, yaşlı və ya xroniki xəstəliyi olan nəfərlər varsa, onların özəl ehtiyaclarını göz önünə alaraq ehtiyac ola biləcək məhsulları da artırmalısınız.
Zəlzələ çantasını 6 ayda bir dəfə kontrol etmək və son istifadə tarixi yaxınlaşan məhsulları yeniləməlisiniz.
Zəlzələ çantasını hər kəsin bildiyi asan və çıxış qapısına yaxın bir yerdə qoymalısınız.
Yaşam sahənizlə yanaşı, avtomobiliniz varsa, onun içində və iş yerinizdə də bir yedək çantanızın olması gərəkdir.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv