!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizi yenidən GÜNDƏMDƏ: "İlham Əliyevlə Paşinyanın Tbilisidə birbaşa görüşü baş tutarsa,.."

!Reklam – Yazi

“Zəngəzur dəhlizinin açılmasından təkcə Azərbaycan və Türkiyə deyil, o cümlədən Rusiya və Ermənistan da qazanacaq”.

Yenicag.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində keçirilən növbədənkənar iclasın mümkün təsirlərini dəyərləndirən Respublikaçı Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son zamanlar bəzi məlumatların dolaşması onu deməyə əsas verir ki, Kremlin moderatorluğundan kənarda nələrsə baş verir. Rəsmi Tbilisinin vasitəçiliyi ilə danışıqların olduğu da ehtimal olunur:

“Gündəlikdə cəmi iki məsələ var. Bunlar Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli özünüidarəetmənin, yerli icmaların gücləndirilməsi ilə bağlıdır. Paşinyana müxalif olan qüvvələr iclası boykot edir və deyirlər ki, Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır. Bu dəyişikliklər gələcəkdə imzalanacaq sülh sazişinə, həm də Zəngəzur məsələsinə görədir”.

Natiq Cəfərli hesab edir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün artıq heç bir maneə qalmayıb:

“Əgər İlham Əliyevlə Paşinyanın Tbilisidə birbaşa görüşü olsa, bu, bölgəmizdə sülhə və dayanıqlı inkişafa ciddi töhfə verə bilər. Əgər paralel olaraq Ərdoğanla Paşinyanın görüşü baş tutsa və Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin yaranması baş verərsə, bu da bölgəmiz və Azərbaycan üçün çox vacib addım olacaq. Təkcə Zəngəzur dəhlizi ilə bağlı ümumi məxrəcə gəlmək lazımdır. Bu yol isə mütləq açılacaq. Türkiyənin Ermənistanda iqtisadi mövcudiyyəti və iqtisadi təsirlərinin artması Azərbaycan üçün ancaq müsbət nəticələr verə bilər”.

Gülşən Şərif

www.yenicag.az

1136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv