!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin açılmasının elan olunmasında ƏSAS ŞƏRT: "Bu, sual altındadır" - Hərbi ekspert

!Reklam – Yazi

“Dəhlizin açılması iki tərəfin qarşılıqlı razılaşması əsasənda elan olunmalıdır ki, ondan sonrakı mərhələdə işlər başlasın”.

Bunu Zəngəzur dəhlizinin açılması ilə bağlı yayılan informasiyalara münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, bu həyatı önəmli məsələdir və bunu birinci dövlət orqanları açıqlamalıdırlar:

“Yolun açılması o anlama gəlməlidir ki, istər bizim tərəfdən, istər qarşı tərəfdən işlər başlayacaq. Naxçıvana gedən yol bərbad haldadır. Bütün tunellər uçulmuş vəziyyətdə, dəmir yolu sökülüb dağıdılmış vəziyyətdə, Xudafərin su ambarı qalxıb yolu tutmuş vəziyyətdədir. Ən əzı bu yöndə işlər anlaşma olandan sonra başlaya bilər. Nə zaman oranın açıq olacağı sual altındadır. Bu gün o yolun işlədilməsi mümkün deyil. Çünki o konfiqurasiyalar tunellərin içərisindən keçirdi, tunellərin hamısı da partladılıb, su da qalxıb yolu tutub. Orada infrasturuktur sıfırdan qurulmalıdır. Qurulma işi də rəsmi müqavilədən sonra başlana bilər. Ona görə də “dəhliz açıldı” yox, indiki mərhələdə “şifahi razılaşma əldə edildi” deyilə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv