!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin əhəmiyyəti İƏT-in XV Zirvə Toplantısında: "Bu, qovşaq rolunu oynayacaq"

!Reklam – Yazi

“İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə bilər”.

Bunu Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının başa çatmasına münasibət bildirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Siyasi şərhçiyə görə, Soçi görüşünün ardınca, Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. Prezidentin bu məsələni yenidən dilə gətirməsi heç də təsadüfi deyil:

“Yeni reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti hər gün biraz da artır. Prezident bu məqamı tez-tez müxtəlif ali qurumların tribunasından səsləndirməklə, bu dəhlizin təkcə Azərbaycan üçün deyil, regionda marağı olan bütün ölkələr üçün vacib olduğunu başa salmağa çalışır. Prinsip etibarilə hazırda Zəngəzur dəhlizi İƏT-in 10 üzvünün də ortaq məsələsidir. Məsələ ondadır ki, bu dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da önəmlidir. Dəhliz faktiki olaraq bir neçə regionu birləşdirən qovşaq rolunu oynayır.

İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə bilər. Azərbaycan onsuz da son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imkanlardan isə təkcə rəsmi Bakı deyil, regionun bütün ölkələri fayda götürə bilər”.

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekununda qəbul olunan Aşqabad bəyannaməsinə də toxunan Turan Rzayevə görə, bu Bəyannaməni ümumilikdə rəsmi Bakı üçün uğurlu hesab etmək olar:

“Çünki sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Belə ki, bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Azərbaycanı təbrik etmək, eyni zamanda bu ərazilərin Ermənistan tərəfindən işğal edildiyi reallığının qəbul edildiyini göstərir. Görüşdə, həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib”.

Gülşən Şərif

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv