!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin REALLAŞDIRILMASI: "Ermənistan siyasi mənəviyyatsızlıqdan əl çəkməlidir"

!Reklam – Yazi

“Rusiya Zəngəzur dəhlizinin açılmasında israr edəcək”.

Bu sözləri hazırda gündəmdə olan Zəngəzur dəhlizi məsələsi barədə fikirlərini bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüseynli bildirib ki, Zəngəzur dəhlizinin açılmama ehtimalı yoxdur:

“Əvvəldən belə hesab etmişəm ki, Zəngəzur dəhlizi həm şose, həm də dəmiryol Rusiyaya daha çox vacibdir. Ondan da daha çox Ermənistana lazımdır. Ermənistan bilir ki, o dəhlizin açılması onlar üçün daha xeyirlidir. İndiyə qədər haray-həşir qoparırdılar ki, blokadada boğuluruq, bizim dünya ilə əlaqəmizi Türkiyə ilə Azərbaycan kəsib. İndi onlara dünya ilə əlaqəni bərpa etmək imkanlar veririk, Zəngəzur dəhlizi vasitəsi ilə sevdikləri İrana gedə biləcək, Rusiya ilə də ucuz, müntəzəm nəqliyyat əldə edəcəklər. Rusiya isə çox strateji mövqe əldə edir. Rusiyanın hazırda ən böyük ticarət ortaqlarından biri Türkiyə və İrandır. Həmin Zəngəzur dəhlizinin bir qolu İrana ayrılacaq, bir qolu Türkiyəyə gedəcək. Azərbaycanın əsas qazancı Naxçıvanla əlaqənin yaranmasıdır.

Həmin dəhliz vasitəsilə Rusiya və Ermənistan bütün dünyaya açılacaqlar. Rusiya özünün Yaxın Şərq, İranla olan siyasətini bu yolla həyata keçirə biləcək. O yolun açılması ilə Rusiya böyük hədəf əldə edəcək, elə Ermənistan da. Ona görə də məndə yüz faiz əminlik var ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında israr edəcək. Artıq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar iqtisadiyyatı çökürdüb. İqtisadiyyatı normal vəziyyətə salmaq üçün dəmiryol işləməlidir ki, Rusiyanın bu istiqamətdə ticarət əlaqələri yaransın. Açılacaq dəmiryol vasitəsi ilə Rusiyanın Çinə çıxışı çox sadələşir. Ən əsası. yolun açılması bölgənin inkişafına təkan verəcək. Ermənilər bunu başa düşə-düşə süni müqavimət göstərir. Ermənistan siyasi mənəviyyatsızlıqdan əl çəkməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv