Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zəngəzurda yüksək vəzifəlilərin HƏBS DALĞASI - Paşinyan təmizliyə başlayır?

Reklam: High Technic

Son günlər Ermənistanın Azərbaycanla həmsərhəd Sünik (Qərbi Zəngəzur) vilayətində ard-arda həbslər aparılır.

Yenicag.az xəbər verir ki, həbs edilənlərdən biri də Kacaran şəhərinin meri Manvel Paravazyandır.

Manvel Paravazyanın vəkili Lüsine Sahakyan bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Paravazyanın evində axtarış aparıb, daha sonra onu İravana apararaq həbs ediblər. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi Paravazyanın hansı əməlinə görə həbs edildiyini açıqlamayıb.

Paravazyanın vəkilinin sözlərinə görə, o Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinib. O, rüşvət və sabotaj olayları, 4 il əvvəl baş vermiş torpaq alış-satışı, ucuz qiymətə torpaq alıb, baha qiymətə Zəngəzur mis mədən kombinatına satmaqda günahlandırılır.

Vəkil Sahakyanın sözlərinə görə, Paravazyanın bu işlərlə heç bir əlaqəsi yoxdur. Paravazyan ona qarşı qaldırılan cinayət işlərini rədd edir. Bütün bunların onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.

Qeyd edək ki, Sünik meriyasının bəzi rəhbərləri Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyənnaməni imzaladığına görə, baş nazir Paşinyanın istefasını tələb etmiş, onun Sünikə səfərinə əngəl törətmişdilər. Hazırda şəhər rəhbərlərindən bəziləri müttəhim, bəziləri isə şübhəli şəxslər kimi saxlanılıb.

www.yenicag.az

498
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100