Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı… – Paşinyan etiraf etdi

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Azərbaycanla ticarətdən, xüsusən də neft məhsulları idxalından əldə etdiyi iqtisadi fayda barədə danışıb.

media-banner_tuq

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o Milli Məclisdəki çıxışı zamanı bildirib.

“Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər. Azərbaycan neft məhsullarının idxalı – bazarda 8 il davam edən monopoliya vəziyyətinin aradan qaldırılması əməliyyatını başa çatdırmağımıza imkan verən son amil oldu. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə daxili erməni mafiyası deyil, onun bəzən başqa yerlərdə də digər filialları olur”, – Paşinyan deyib.

O əlavə edib ki, əgər Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı, mümkün böhranlar, o cümlədən Hörmüz boğazı ətrafındakı vəziyyət ölkə iqtisadiyyatına daha güclü təsir edərdi.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05