!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Zerkalnı Əliyar”ın vəsiqəsi əlindən alındı

!Reklam – Yazi

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub.

Yenicag.az xəbər verir ki, son aylarda yol hərəkəti qaydalarını ardıcıl pozan, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan 10-MM-100 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənədi bu gün qüvvədən düşüb. Belə ki, Əliyar Dadaşovun bir neçə ay ərzində 20 ballıq qayda pozuntuları aktlaşdırılıb və İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasında bu gün onun vəsiqəsinə bir il müddətinə məhdudiyyət tətbiq edilib.

Mövcud qanunvericiliyə əsasən, bu kimi hallarda sürücü təyin edilmiş qadağa müddəti başa çatandan sonra yenidən təcrübi imtahan verərək nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi əldə edə bilər.

Qeyd edək ki, son aylarda Əliyar Dadaşovun törətdiyi qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib.

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv