Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ziraat Bank Azərbaycan” Şuşada filial açır - MÜHÜM QƏRAR

“Ziraat Bank Azərbaycan” işğaldan azad edilmiş Şuşada filial açmağı qərara alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Ziraat Bank Azərbaycan” İdarə Heyətinin sədri Avni Demirci jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsini həll etdiyini, 30 ildir qanayan yaranı sağaltdığını və Türkiyənin savaş dönəmində Azərbaycandan heç bir dəstəyini əsrigəmədiyini qeyd edən Avni Demirci Şuşada filial açmağı qərarlaşdırdıqlarını vurğulayıb.

“Savaş bitib, artıq o bölgənin inkişaf etdirildiyi və Azərbaycan iqtisadiyyatına inteqrasiya edildiyi bir dönəmə daxil olduq. Bu dönəmdə “Ziraat Bank” olaraq Azərbaycana gəldiyimiz ilk gündən etdiklərimizi o bölgədə də həyata keçirmək istəyirik.

“Ziraat Bank Azərbaycan”ın Şuşa filialının açılmasını qərarlaşdırdıq. Bununla bağlı daxili əməliyyatlarımızı tamamlamaq üzrəyik. Dövlətin aidiyyatı qurumlarından laızmi icazələr alındıqdan sonra filialımızı açacağıq.

Amma ora nə zaman gedəcəyimiz və filialı nə zaman açacağımız dövlətin verdiyi qərardan asılıdır”, – deyə Avni Demirci bildirb.

İdarə Heyətinin sədri əlavə olaraq Naxçıvan Muxtar Respublikasında (MR) da filial açmağı planlaşdırdıqlarını qeyd edib.

Aqil Bəkir

Loading...

www.yenicag.az

203