Ziya Məmmədovun qardaşına yeni VƏZİFƏ VERİLDİ

media-hightechnic-468x90

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdir təyin edilib.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, AMEA prezidenti İsa Həbibbəylinin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri doktoru, professor Elton Məmmədov təyin olunub.

Elton Məmmədov saytımıza açıqlamasında bildirib ki, AMEA-da aparılan islahatlar çərçivəsində İşlər İdarəsi ləğv edilib və bu ilin yanvar ayında yerinə Təsərrüfat İşlərinin Təşkili Şöbəsi yaradılıb: “Bu vəzifəyə mən təyin edilmişəm”.

Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu vəzifəsindən əvvəl AMEA ləğv edilən İşlər İdarəsinin müdiri vəzifəsini tuturdu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa