Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazir generalın dəfnində ağladı – FOTOLAR

????????????????????????????????????

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi başa çatıb.

Vida mərasiminin ardınca Z. Yusif-zadə II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Bu dəqiqələrdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə ilə vida mərasimi keçirilir.

Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Baş nazirin müavini Abid Şərifov, Daxili İşlər Naziri Ramil Usubov, Səbailin icra başçısı Eldar Əzizov və digər tanınmış şəxslər, dövlət rəsmiləri iştirak edir.

Generalın ölümündən təsirlənən Abid Şərifov göz yaşlarına hakim ola bilməyib. Eldar Əzizovla yanaşı əyləşən A.Şərifovun ağlaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, bundan öncə də A.Şərifov Soma faciəsi ilə bağlı çıxışında qəhərlənmişdi.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib(azvision).

www.yenicag.az

2920