Keçmiş adı ilə “Facebook”un qurucusu Mark Zukerberqə qarşı imza kampaniyası başladılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Zukerberqin Havay adalarında torpaq alması və ərazisini genişləndirməsi yerli xalq tərəfindən etirazla qarşılanıb.
İnsanlar Zukerberqin adanı koloniyalaşdırmağa çalışdığını və onun qarşısının alınmalı olduğunu bildirərək “Facebook” yaradıcısının torpaq almasını əngəlləmək üçün imza kampaniyası başladıblar.
“Mark Zukerberqin Kauaini koloniyalaşdırmasını dayandırın” devizi ilə başladılan imza kampaniyası bölgə xalqı tərəfindən böyük maraq görüb.
Zukerberqin daha əvvəl çimərlik ərazisini hasara alması da etirazla qarşılanmışdı.
www.yenicag.az