!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Züqanov Putinə: "Sizi şaxtada papaqsız bayıra buraxanlar şallaqlanmalıdır!" - VİDEO

!Reklam – Yazi

Putin Züqanovun prezidentin papaqsız soyuq havaya çıxması ilə bağlı tənqidinə cavab verib.

Yenicag.az xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov fraksiya rəhbərlərinin prezidentlə görüşü zamanı Severodvinskdə Rusiya liderinin 15 dərəcə şaxtada baş geyimi olmadan danışmasına icazə verəni şallaqlamağı tələb edib. Vladimir Putin qeyd edib ki, bu iradı şəxsən qəbul edir.

“Mən üzr istəyirəm, sizi papaqsız bayıra buraxanı şallaqlayardım! Mənfi 15 dərəcə şaxta var! Müharibədə sağlam baş komandan olmaq millətin sağlamlığıdır. Qəti şəkildə qəbuledilməzdir. Mən irad bildirirəm”, – Züqanov sərt şəkildə deyib.

“Yaxşı, mən qeydi şəxsən qəbul edirəm, amma şallaqlamaq bizim üçün asandır. Biz bunu edə bilərik”, – Putin gülümsəyib.

Qeyd edək ki, Putin Severodvinskdə “Krasnoyarsk” və “İmperator III Aleksandr” nüvə gəmilərində dəniz bayrağının qaldırılması mərasimində iştirak edib.

Xuraman Etibarlı

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv