“10 dəqiqə görə niyə vətəndaş pul ödəməlidir?” – Millət vəkili

Millət vəkili bir sıra rüsumların yersiz olduğuna dair Milli Məclisdə məsələ qaldırıb.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Fazil Mustafa qanunvericiliklə tənzimlənən bəzi rüsumların yersizliyinə diqqət yönəldib.

Millət vəkilinin sözlərinə görə, belə məsələlər vətəndaşlarda haqlı narazılıq yaradır:

“Kimsə tanışını, qohumunu yola salmaq üçün Avtovağzal və Hava limanının ərazisinə daxil olursa, buna görə müəyyən miqdarda vəsayit ödəyir. Ancaq xarici ölkələrin əksəriyyətində belə bir qayda yoxdur. 10, 20, hətta yarım saat ərzində Avtovağzal və yaxud Hava limanında gözləyən şəxslərdən rüsum alınmamalıdır. Ümumiyyətlə, 24 saatdan az müddətdə adı çəkilən obyektlərdə olan şəxslərdən rüsum alınmamalıdır. Bununla bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var. Qanunlar vətəndaşların maraqlarına uyğun tənzimlənməlidir”.

A.Zeynalov