11 illik bazadan kolleclərə qeydiyyat başlayıb

media-hightechnic-468x90

Sentyabrın 6-dan tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən xəbərə görə, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa