Skuterlər qadağan olunacaq, yoxsa sərt cəzalar gəlir? – Ekspektdən AÇIQLAMA

media-hightechnic-468x90

“Skuterlərlə bağlı dəfələrlə xəbərdarlıq olunub, məsləhət verilir, amma skuter sürənlər daha sərt cəzaların tətbiqi üçün özləri şərait yaradırlar”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Ekspert son zamanlar Bakıda skuter sürənlərin özbaşınalığı, yol hərəkəti qaydalarına riayət etməməsi və artan qəzalara səbəb olması haqqında danışıb.

O qeyd edib ki, skuter sürənlərə dövlət hər cür şərait yaradıb, amma onlar sərt qaydaların tətbiq olunmasına məcbur edirlər:

“Skuterlərlə bağlı həqiqətən də vəziyyət qəlizdir, narahatlıq doğuran səviyyədədir. Onlar üçün bu qədər imkan, şərait yaradılıb, amma onun qarşılığında belə davranış xoş deyil. O anlamda düşünürəm ki, bu sahədə ciddi nəzarət mexanizmi qurulmalıdır. Bunun üçün qanunvericilik səviyyəsində məsələyə bir daha baxmaq lazımdır. Dəfələrlə xəbərdar olunur, amma görürük ki, nəticə yoxdur. Deməli, bu, deyilməklə düzələsi məsələ deyil. Nəzarət mexanizmi gücləndirilməlidir, bunun başqa yolu yoxdur. Bir çox ölkələr bu problemi yaşayıblar. Bu problemdən çıxış yolunu daha sərt cəzalarda görən ölkələr də var. Bəzi ölkələr isə ümumiyyətlə skuterlərin hərəkətini qadağan edir. Mən istəməzdim proses o səviyyəyə gəlib çatsın, amma bəzən görürsən ki, insanlar buna özləri şərait yaradırlar ki, belə olsun. Sözlə, xəbərdarlıqla artıq alınmır. Bu qədər sözün, məsləhət və xəbərdarlığın qarşılığında nəticə dəyişmirsə, sərt addımların atılması qaçılmazdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05