“12 milyon müsəlman öldürüldü”
“Son 10 ildə dünyada 12 milyon müsəlman öldürüldü, amma heç kimin səsi çıxmadı”.
Yenicag-ın apa-ya i istinadən verdiyi məlumata görə, bunu Türkiyə Dini İşlər İdarəsinin (Diyanət) rəhbəri Mehmet Görməz deyib. Fransadakı terrordan sonra Avropada İslama qarşı aqressiyanın artmasına toxunan M. Görmez bildirib: “12 milyon müsəlmanın qətlinə səs çıxarmayan insanların 12 nəfərə qarşı cinayətə görə birdən ayağa qalxmasını ibrətlə izlədik”.
M. Görməz bəyan edib ki, “Charlie Hebdo”ya olan hücumu heç bir mömin qəbul edə bilməz. O qeyd edib ki, İslam məsum insanların öldürülməsini bütün bəşəriyyəti öldürməyə bərabər sayır: “Son hadisələrdən bəşəriyyət nəticə çıxarmalıdır. Biz dünyada yaşanılan acı və iztirabların üzərinə mərhəmətlə, ədalətlə getməliyik”.