Merts: "Çinlə yeni ticarət münaqişəsi istəmirik"
Almaniya Kansleri Fridrix Merts Çinlə yeni ticarət münaqişəsinin tərəfdarı olmadığını, lakin Avropa sənayesinə zərər vuran iqtisadi disbalanslarla bağlı açıq dialoqun vacib olduğunu bildirib.
Yenicag.az xəbər verir ki bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.
Merts qeyd edib ki, Çin də 450 milyon istehlakçısı olan Avropa bazarından asılıdır və tərəflər arasında qarşılıqlı asılılıq mövcuddur.
Kansler Avropa İttifaqı ilə Çin arasında konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.













