Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub etdi
Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.
Bu barədə Yenicag.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.
Qeyd edək ki, yığmanın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka – Bosniya və Herseqovina cütünün qalibi olacaq.













