12 yaşlı qız sanıb övladlığa götürdülər: “Uşaq” 37 yaşında çıxdı - FOTO

media-hightechnic-468x90

Braziliyada hər kəsi şoka salan bir fırıldaqçılıq hadisəsi yaşanıb. 37 yaşlı qadın özünü 12 yaşlı kimsəsiz bir uşaq kimi qələmə verərək, bir ailənin etibarını qazanıb və 14 ay boyunca onların yanında yaşayıb.

Yenicag.az xəbər verir ki, hadisə Braziliyanın Santa Catarina ştatında baş verib.

media-12-yasinda-sanarak-evlat-edindikleri-cocuk-37-yasinda-cikti-herkesi-ayakta-uyutmus-1795017_202606050937_20260605093709_1

Amanda Maria Souza de Oliveira adlı 37 yaşlı qadın bir kilsəyə müraciət edərək, özünü istismardan qaçan 12 yaşlı “Gabrielle” adlı qız uşağı kimi təqdim edib. Onun dramatik hekayəsinə inanan yerli bir ailə qadını övladlığa götürüb və 14 ay boyunca ona evində baxıb.

media-12-yasinda-sanarak-evlat-edindikleri-cocuk-37-yasinda-cikti-herkesi-ayakta-uyutmus-1795017_202606050937_20260605093709_2

Qadının 14 ay ərzində ailəni və ətrafındakıları necə aldada bildiyi isə heyrət doğurur. Belə ki, o, daha kiçik görünmək üçün davranışlarını dəyişib, səs tonunu incəldib və otizm xəstəsi olduğunu iddia edib. Hətta insanların inamını tam qazanmaq üçün evdə biberon, əmzik və uşaq oyuncaqlarından istifadə edib, zaman-zaman saxta panik ataklar keçirərək diqqəti özünə çəkib.

media-12-yasinda-sanarak-evlat-edindikleri-cocuk-37-yasinda-cikti-herkesi-ayakta-uyutmus-1795017_202606050937_20260605093709_3

Ailənin qohumlarından birinin vəziyyətdən şübhələnərək polisə müraciət etməsi nəticəsində qadının maskası düşüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Oliveira oxşar üsullarla fərqli şəhərlərdə və ştatlarda bir çox insanı eyni yolla aldadıb.

Hazırda saxta kimlik və fırıldaqçılıq ittihamları ilə həbs edilən qadın barəsində araşdırmalar davam edir. O, psixiatrik ekspertiza tamamlanana qədər Joinville Qadınlar Həbsxanasında saxlanılacaq.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05