!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

14 şəhid, TV-lərdə ŞƏNLİK: “Telekanallarda çal-çağırın olması...” - ETİRAZ / VİDEO

“İstər televizorların çal-çağır etməsi, istərsə bu hadisəyə münasibət milli şüurun olmamasını, insanlara dəyər verilməməsini, Vətən, millət üçün çalışan adamların televiziyalarda çalışan əməkdaşlar üçün xüsusi əhəmiyyət daşımadığını göstərir”.

Bunu dünən baş verən helekopter qəzasından sonra musiqili-əyləncəli verilişlər yayımlayan telekanallarda proqram planlamasına etiraz edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bunu həmin qəzada həlak olan insanların 44 günlük müharibədə müstəsna xidmətləri olan insanlara dəyər verilməməsi kimi qiymətləndirib:

“Əgər 14 nəfər Azərbaycan Ordusunun zabiti həlak olubsa, matəm elan olunmayıbsa, bayraqlar aşağı salınmayıbsa, xarici ölkə səfirliklərində jurnallar qoyub başsağlığılar qəbul edilmirsə, bu, o deməkdir ki, baş verən hadisəyə ciddi qiymət verilmir.

Telekanallar da dövlətin siyasətini həyata keçirir. Bunu telekanallarla da məhdudlaşdırmıram. Başqa ölkələrdə 3 zabit belə həyatını itirsəydi, bəlkə də həmin ölkədə matəm elan olunardı. Bu ölənlərin arasında 44 günlük müharibədə Ordumuzun qələbə çalmasında müstəsna xidmətləri olan insanlar var. Hansı ki, onların içiərisində hava hücumlarından müdafiə qurğularının məhv edilməsində qeyri-adi rolu olub. Onların hətta xidmətini nəzərə alsaq, hər biri Milli qəhrəman səviyyəsində işlər görmüş şəxslərdir. İstər televizorların çal-çağır etməsi, istərsə bu hadisəyə münasibət milli şüurun olmamasını, insanlara dəyər verilməməsini, Vətən, millət üçün çalışan adamların televiziyalarda çalışan əməkdaşlar üçün xüsusi əhəmiyyət daşımadığını göstərir. Telekanallar qədər dövlətin nəzarətində olan ikinci bir informasiya vasitəsi yoxdur. Onlar özbaşına deyil”.

Millət vəkili Aqil Abbas faciə yaşanan bir dönəmdə telekanalların əyləncəli və musiqili proqramları yayımlamasına qarşı çıxıb:

“Bütün telekanallar acı xəbəri yetərincə işıqlandırdılar. Təbii ki, istəməzdim telekanallar çal-çağır etsin, amma məsələnin digər tərəfi də var. Bizə düşmən də baxır, onları sevindirə də bilmərik. Amma dünənki hadisədən sonra telekanallar proqramlarına əl gəzdirməli, bu qəzanı nəzərə almalıydılar. Gərək belə olmayaydı”.

Cəvahir

www.yenicag.az

453
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100