"140 mindən çox ukraynalı ölkəyə qayıdıb" - Reznikov

media-hightechnic-468x90

Əsasən kişilərdən ibarət 140 mindən çox ukraynalı Avropadan Ukraynaya qayıdıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook”da məlumat verib.

“Avropadan 140 mindən çox ukraynalı, əsasən də kişilər qayıdıb. On minlərlə insan ərazi müdafiə qüvvələrinə qoşulub. Təbii ki, qaçanlar da var. Amma bütün dünya Ukrayna xalqının öz ölkəsi uğrunda döyüşdüyünü görür”.

Onun sözlərinə görə, artıq “Ukraynaya gəlməyə və Ukrayna cəbhəsində dünyanı rus nasistlərindən müdafiə etməyə hazır olan” əcnəbilərdən 20 mindən çox müraciət var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600