“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox yaxındadır” - Ceyhun Məmmədov

media-hightechnic-468x90

 

media-banner_tuq

“Sülh müqaviləsinin imzalanmasına daha az vaxt qalıb.”

Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyanın Brüsseldə tələbələr qarşısında çıxışı zamanı Azərbaycanla yekun sülh müqaviləsinin tamamlanmasının 2030-cu ilə planlaşdırıldığını bildirməsinə münasibət bildirən deputat C. Məmmədov Ermənistanın bu iddiasının əsassız olduğunu qeyd edib:

“Azərbaycanın gözləntiləri odur ki, ən qısa vaxtda Azərbaycan və Ermənistan arasında sülh imzalanacaq. Bu sənədin imzalanması üçün o qədər də çox vaxt qalmayıb. Məsələ ondadır ki, əslində Ermənistandakı seçkiləri biz gözləyirdik. Seçkilər yekunlaşdı, növbəti hədəf və mərhələ sülh müqaviləsinin imzalanmasıdır. Düşünürəm ki, o gün üçün o qədər də çox müddət qalmayıb. Tezliklə tərəflər sülh müqaviləsinin imzalanmasına nail olacaqlar.”

Ceyhun Məmmədov sülhün gecikməyəcəyini və regiona sabitlik gələcəyini vurğulayıb:

“Düşünürəm ki, o gün uzaqda deyil və tərəflər tezliklə sülh masasına oturacaqlar. Qısa formada desək, prosesin 2030-cu ilə qədər uzanacağını düşünmürəm. Sülh müqaviləsinin imzalanması çox yaxındadır. Bundan sonra isə bölgəmizə daimi sülh gələcək.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05