143 silahlı məhv edildi

media-hightechnic-468x90

images (1)Kamerun hökuməti ölkənin şimalındakı hərbi bazaya hücum edən “Boko Haram” qruplaşmasının 143 silahlısını məhv etdiyini bildirib.

Yenicag apa-ya istinadən xəbər verir ki, Kamerunun rabitə naziri İssa Txirom bildirib ki, bu qruplaşmanın ölkə ərazisində indiyədək ən ağır itkisidir. Onun sözlərinə görə, əməliyyat zamanı 1 kamerunlu hərbçi həlak olub.

Kamerunun ordu komandanlığı açıqlamasında Nigeriyadan dövlət sərhədini pozmaqla ölkə ərazisinə keçən silahlıların Kolofat şəhərindəki hərbi bazaya hücumunun dəf edildiyini qeyd bildirib.

“Boko Haram” qruplaşması Nigeriyada fevral ayında keçiriləcək ümumxalq seçkiləri ərəfəsində hücumların sayını artırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600