1441-ci gün: Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1441-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 242 290 hərbçi, 11 633 ədəd tank, 23 985 ədəd zirehli döyüş maşını, 36 855 ədəd artilleriya sistemi, 1 633 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 292 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 76 738 ədəd avtomobil texnikası, 122 388 ədəd PUA, 4 205 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 058 xüsusi avadanlıq itirib.












