!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 iyul müqavimətimiz dünyada görülməmiş bir qələbə dastanıdır - Fəxrəddin Altun

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.

Yenicag.az-ın məlumatına görə, 2016-cı ilin iyul ayının 15-də Türkiyədə baş verən çevriliş cəhdindən bəhs edən Fəxrəddin Altun 15 iyul tarixini ilk gündən bəri sadəcə bir çevriliş cəhdi kimi görmədiyini qeyd edib: “Həmin gün həm işğal, həm də çevriliş cəhdi ilə üz-üzə qaldıq. Cənab Prezidentimizin həyatına sui-qəsd cəhdi, Türkiyə Böyük Millət Məclisinin və Prezident Aparatının bombalanması, müqavimət göstərən millətimizin güllə yağışına tutulması işğala cəhd edildiyinin əyani sübutu idi. Buna görə də o gün millətimizin apardığı dastan kimi mübarizəni, şəhidlərimizin hansı şüurla şəhadətə doğru irəlilədiyini, qazilərimizin, qadın, gənc, yaşlı olmaqla bütün millətimizin hansı inancla mərmilərə doğru irəlilədiyini yaxşı dərk etməliyik. 15 iyul müqavimətimiz dünyanın heç bir yerində görə bilməyəcəyiniz bir qələbə dastanıdır. Millətimizin müstəqilliyinə, iradəsinə və liderinə canı bahasına sahib çıxdığı bir gündür. Millət olaraq ölüm qorxusuna qalib gəldiyimiz, sarsılmaz bir inancla dik bir şəkildə irəlilədiyimiz andır. Mənəviyyatı, cəmiyyəti vahid duyğu ətrafında birləşdirə bilən nadir hadisələrdən biridir. Hər dəfə minarələrdən yüksələn səla səslərini eşitdikdə, eyni hissləri yaşadığımız, saf imanı qurşandığımız bir tarixdir. Buna görə 15 iyul, dəyərini hər gün daha çox dərk etdiyimiz, şəhidlərimizi ehtiramla yad etdiyimiz və haqqında daha çox düşündüyümüz bir tarixdir”.

Türkiyə rəsmisi “15 iyul xəyanətini dünyada və Türkiyədə kifayət qədər çatdıra bildikmi?” sualına belə cavab verib: “Haqqı ilə anlamaq, dərk edə bilmək, xatırlamaq və unutdurmamaq. Əlbəttə, hamımızın ortaq səyləri bu istiqamətdədir. Təbii ki, asan deyil. Unutmaq insanın fitrətində olan bir xüsusiyyətdir. Ancaq insanın fitrətində unutmağa qarşı hər zaman bir müqavimət də var. Həmin gecə müstəqilliyimiz və milli iradəmiz üçün böyük bədəllər ödədik. Səsimiz, sözümüz var olduğu müddətcə 15 iyul tarixindən bəhs edəcəyik. Bununla birlikdə, son bir neçə ildə ölkə olaraq çox şey yaşadıq. Ən böyük hədəfimiz, yaşadığımız dövr ərzində bütün bunları kifayət qədər dərk edə bilməkdir”.

“İctimai və siyasi yaddaşımıza həkk olunan fövqəladə bir dövr yaşadığımızı söyləyə bilərikmi?” sualına cavabında isə Altun “Bəli, bu gün yaşadıqlarımızı gələcəkdə oxuyanlar bu böyük mənzərəni daha rahat görəcəklər və millət olaraq apardığımız mübarizə daha aydın başa düşüləcəkdir. Biz isə bu gün apardığımız mübarizənin və ya ödədiyimiz bədəllərin isti izlərini yaşayırıq. Çünki müstəqillik və milli iradə uğrunda mübarizəmiz hələ də davam edir. Millət və dövlət olaraq hələ də o qanlı çevriliş cəhdinin təkanları ilə mübarizə aparırıq. Daxildə və xaricdə terrorizmə qarşı apardığımız mübarizə, FETÖ-nün sızdığı qurumlardan təmizlənməsi, Türkiyənin beynəlxalq əlaqələrdə artan təsirinə qarşı göstərilən müqavimətə qarşı duruşumuz… Bir tərəfdən bütün bunları yaşayarkən, digər tərəfdən 15 iyul tarixini unutmamaq və unutdurmamaq çox vacibdir. O gecə nümayiş etdirilən dirçəliş ruhunun mənəvi və siyasi mənasını çox yaxşı dərk etməli və izah etməliyik”, – deyə bildirib.

F.Altun 15 iyul tarixini üç mərhələdə qiymətləndirmək lazım olduğuna diqqət çəkib: “Birinci mərhələ gecə başlayan çevriliş cəhdi, tankların küçələrə çıxarılması, körpülərin tutulması, Cumhurbaşqanlığı Külliyəsinin, Türkiyə Böyük Millət Məclisinin, polis binalarının döyüş təyyarələri tərəfindən vurulması millət olaraq böyük bir şok yaşadığımız mərhələ idi. Növbəti mərhələdə cənab Prezidentimizin çağırışı ilə millət küçələrə çıxdı və bir dirçəliş, müqavimət ruhu nqmayiş etdirildi. Millətin tanklara qarşı yalın əllərlə göstərdiyi bu müqavimət və daha sonra əldə edilən qələbə dünyada başqa heç bir nümunəsi olmayan bir əhval-ruhiyyəni ortaya qoydu. Və son olaraq, şəhidlərimiz və onların ağrısı 15 iyul tarixinin ən vacib miqyasını təşkil edir. Buna görə də 15 iyulu tək bir əhval-ruhiyyə ilə səciyyələndirmək mümkün deyil. Şok, qələbə və matəm… Fikrimizcə, hər üç məqama da lazım olan qiyməti verməliyik. 15 iyulu yalnız qələbə və ya sadəcə matəm kimi qiymətləndirməmiz doğru olmaz. O gecə baş verənləri həm biz, həm də sonrakı nəsillərə doğru çatdırmalıyıq. Olduğu kimi. 15 iyulun qurğulara və ya nağıla çevrilməsinə ehtiyacı yoxdur. Çünki həqiqətlər hər şeydən güclüdür”.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv