15 nəfər YAP-dan xaric edildi

media-hightechnic-468x90

15 nəfər partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

Yenicag.az xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

İdarə Heyətinin iclasında partiyanın üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb.

YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər.

15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa