Belarus 80 ölkə ilə vizasız rejimə keçdi

media-hightechnic-468x90

Belarus prezidenti Aleksandr Lukaşenko “Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması” barədə fərman imzalayıb.

Bu barədə Yeniçağ.Az “Trend”ə istinadən məlumat verir.

Fərmanda qeyd olunur ki, 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilərlər. Bu fərman Avropanın 39 ölkəsinə, eləcə də Braziliya, İndoneziya, ABŞ, Yaponiya və digər ölkələrə şamil olunur.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb.

Fərman dərc olunduğu gündən bir ay sonra qüvvəyə minir.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600