Saleh Məmmədov milyonlarını Almaniyaya ötürür? – Sabiq məmurun tikinti biznesindən yeni xəbər

media-hightechnic-468x90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun adı bu dəfə Almaniyadakı əmlak və tikinti layihələri ilə bağlı iddialarda hallanır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial media hesabında paylaşdığı məlumatda Saleh Məmmədovun Almaniyada şəriklik əsasında 47 mənzildən ibarət iki yaşayış binasının tikintisini həyata keçirdiyini iddia edib. Paylaşıma görə, layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən binaların 2027-ci ilin yayında və ya ilin sonunadək tam təhvil verilməsi nəzərdə tutulur. C. Həsənli paylaşdığı fotonun orijinal olduğunu da bildirib.

Jurnalist digər paylaşımında isə Saleh Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsi aldığını iddia edib.

Xatırladaq ki, Saleh Məmmədov bu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə AAYDA İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Saleh Məmmədovun rəhbərlik etdiyi dövrdə onun və qurumun fəaliyyəti ilə bağlı müxtəlif korrupsiya və digər qanun pozuntuları barədə iddialar səsləndirilməkdədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05